Tel-Əviv Dəmir Qübbənin zəifliyini ört-basdır etmək üçün lazer sistemi istehsal edir

Tel-Əviv Dəmir Qübbənin zəifliyini ört-basdır etmək üçün lazer sistemi istehsal edir

 “Dəmir qübbə” sisteminin müqavimətin raket və PUA-larını vura bilməməsi ilə bağlı çoxsaylı xəbərlərin dərcindən sonra, İsrailin Hərbi naziri rejimin müdafiə sisteminə inteqrasiyası üçün lazer sisteminin hazırlanması və kütləvi istehsalına göstəriş verib.

İsrailin Hərbi naziri Benni Qantz raketləri hədəf almaq üçün“optik zireh” adlı lazer hava hücumundan müdafiə sisteminin yaradılmasına başlandığını təsdiqləyib.

İbrani qəzet “İsrael Hume”-ə istinadən verilən məlumata görə, bu lazer sisteminin görüntüləri cümə axşamı günü ilk dəfə nümayiş etdirilib və İsrailin Hərbi naziri rejimin təhlükəsizlik aparatına bu sistemin inkişafı üçün zəmin yaratmağa icazə verib.

Məlumata görə, Qantzın bu yeni sistemin istehsalına başlamaq üçün hərbi silahların hazırlanması sahəsində fəallıq göstərən sionist “Rafael” şirkəti ilə müqavilə imzalaması gözlənilir. Beləliklə, bu sistemin sionist rejimin digər hava hücumundan müdafiə sistemlərinə daxil edilməsi prosesinə başlanacaq.

Lazer sisteminin istehsal xərcləri “Dəmir qübbə” raketlərinin istehsal xərclərindən azdır və gələcəkdə yalnız geniş şəkildə istifadə olunacaq. Bu sistem hazırkı mərhələdə quruda tətbiq ediləcək.

İsrail ordusu bu yaxınlarda Dəmir Qübbənin Livan Hizbullah hərəkatının İşğal altındakı Fələstində 40 dəqiqə uçan pilotsuz təyyarəsini vura bilmədiyini rəsmən etiraf etmişd.

Saatlar sonra ordu ikinci bəyanatında məğlubiyyətini rəsmən etiraf edərək bildirib ki, ixtiyarındakı qırıcılar, vertolyotlar və dəmir günbəz də daxil olmaqla bütün vasitələrdən istifadə etməsinə baxmayaraq pilotsuz təyyarəni vura bilməyib və PUA sağ-salamat öz bazasına qayıdıb.

Livan Hizbullah hərəkatı rəsmi olaraq kəşfiyyat əməliyyatına görə məsuliyyəti öz üzərinə götürərək

18.02.2022-ci il tarixində işğal olunmuş Fələstinin ərazisinə “Həssan” pilotsuz təyyarəsini göndərdiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =