Tel-Əviv iddia edir: Hizbullah Livan sərhədində qabaqcıl müdafiə xətti qurur

Tel-Əviv iddia edir: Hizbullah Livan sərhədində qabaqcıl müdafiə xətti qurur

Sionist televiziyasının 12-ci kanalı iddia edib ki, Hizbullah işğal olunmuş Fələstinlə sərhəddə bir neçə hərbi məntəqə quraraq qabaqcıl müdafiə xətti yaratmaq və məlumat toplamaq istəyir.

İsrailin 12-ci kanalının orduya istinadən verdiyi məlumata görə, Hizbullah bu yaxınlarda Livanınla işğal olunmş Fələstin sərhədinin qərb tərəfində qabaqcıl müdafiə xətti yaratmaq məqsədi ilə 15 hərbi baza qurub.

Məlumata görə, Tel-Əvivdəki hərbi mənbələr Hizbullahın sionist ordusu və onun fəaliyyətlərindən məlumat toplamaq məqsədi ilə bölgədə və işğal olunmuş Fələstinə bitişik ərazilərdə mövcudluğunu genişləndirdiyini iddia ediblər. Regiondakı Hizbullah üzvləri artıq hərbi və kəşfiyyat fəaliyyətlərini gizlətmirlər.

Rejimin 12-ci kanalı daha sonra iddia edib ki, İsrail ordusunun məlumatına görə, bu hərbi obyektlərdə işləyən Hizbullah üzvlərinin hamısı “Rizvan” bölməsinə bağlıdır.

 Hizbullah 2006-cı ildə sionist yaraqlıların oğurllanması əməliyyatını həyata keçirdiyi sərhəd boyu hərbi bazalar qurub və onun üzvləri sutkanın 24 saatı oradadır.

Xəbərdə daha sonra deyilir ki, mülki paltar geyinmiş, bəziləri isə tapança ilə təchiz olunmuş bu Hizbullah üzvləri sionist ordusunun hərəkətlərini lentə alır və onların Suriyadan geri qaytarılan Hizbullah üzvləri olduğu təxmin edilir.

Sionist telekanalı əlavə edib ki, bölgədəki hər Hizbullah obyekti hərbi qüllə və ya müşahidə qülləsindən ibarətdir və bazalar arasında üzvlərin istirahəti üçün binalar tikilib.

Sionist hərbi mənbə daha sonra Livan ordusu və UNIFEL qüvvələrini Hizbullahın hərəkətlərinə məhəl qoymamaqda ittiham edərək, onların 1701 saylı qətnaməni pozduğunu iddia edib.

Sionist rejim Hizbullahı bu qətnaməni pozmaqda ittiham edir, halbuki, sionist rejimin hərbi təyyarələri son 15 ildə Livanın hava məkanını 22 min dəfədən çox pozub.

Bu arada Livan mənbələri bir Hizbullah motosikletçisinin Livan sərhədinə yaxınlaşan bir qrup sionist yaraqlıya qarşı təkbaşına dayandığını və onların daha da irəliləməsinə mane olduğunu bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 18 =