Tel-Əviv ilə Amman arasında artan gərginlik; Netanyahu İordaniya təyyarələrinin keçidinə qadağa qoydu

Tel-Əviv ilə Amman arasında artan gərginlik; Netanyahu İordaniya təyyarələrinin keçidinə qadağa qoydu

Tel-Əviv, Birləşmiş Ərəb Əmirliklərinə səfərin ləğvilə nəticələnən İordaniya hökumətinin İsrailin baş naziri Benyamin Netanyahunun təyyarəsinin bu ölkənin hava məkanından istifadəsinə icazə verməməsinə görə qisas alıb.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, Netanyahu bazar günü axşam İordaniya istiqamətindən İsrailin hava sahəsindən ötən bütün uçuşların dayandırılması barədə göstəriş verib.

Məlumata görə, İsrailin nəqliyyat naziri Miri Regev də Netanyahunun bu göstərişini müvafiq qurumlara çatdıraraq bu qadağanın İsrail hava məkanından ötən İordaniya təyyarələrinin uçuşa başlamasından 45 dəqiqə öncə Ammana xəbər verilməsini tələb edib.

Qəzet həmçinin belə yazır: “Netanyahu İordaniyanın onun təyyarəsinə bu ölkənin hava məkanından istiafədəsinə icazə verməməsindən o qədər hiddətlənmişdir ki, digərləri ilə məşvərət etmədən, hətta təhlükəsizlik və kəşfiyyat dairələrinə müraciət etmədən qisas almağa qərar verib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 9 =