Tel-Əviv İran və Hizbullahın qisas alacağından qorxaraq hərbi texnika alır

Tel-Əviv İran və Hizbullahın qisas alacağından qorxaraq hərbi texnika alır

İbrani mənbələri bildiriblər ki, Təl-Əviv İran və Livan Hizbullah hərəkatından qorxaraq böyük miqdarda hərbi texnika almağa razılaşıb.

İsrailin nazirlər komitəsi İran və Livan Hizbullah hərəkatına qarşı mübarizə məqsədilə Suriya-Livan sərhədində işğal olunmuş ərazilərin şimalında müdafiə planı üzərində razılaşıb.

İbranicə “Kan” internet saytının bazar günü axşam yaydığı xəbərə əsasən, Livanda İran və Hizbullah ilə gərginlik ehtimalı ilə eyni vaxtda sionist rejimin nazirlər komitəsi “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi üçün radarlar və raketlər almaq üçün yüz milyonlarla dollar dəyərində pul xərcləyib.

Sionist mənbənin məlumatına görə, bu qərar Livan Hizbullah hərəkatının və İranın raket hücumları ilə mübarizə məqsədilə verilib.

Sionist rejimin Suriyanın Dəməşq şəhərinə raket hücumundan sonra İnqilab Keşikçiləri Mürtəza Səidnejad və Ehsan Kərbəlayipur 2022-ci il fevral ayında, Həzrət Əbülfəzl Abbasın mövludu günü şəhadətə çatmışdı.

İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri sionist rejimi bu addımla bağlı xəbərdar edib və vurğulayıblar ki, şübhəsiz, sionist rejim bu cinayətin əvəzini ödəyəcək.

Tel-Əviv öz gücünü gücləndirmək planını təsdiqlədi, İsrailin Hərbi naziri Benny Gantz isə bu yaxınlarda Dəmir Qübbə sisteminin zəifliyini aradan qaldırmaq üçün lazer sisteminin hazırlanması və kütləvi istehsalına göstəriş verib. İbrani mediası Dəmir Qübbənin raketin qarşısını ala bilmədikdə sistemin istifadə olunacağını bildirib.

Xəbər mediaları bundan əvvəl sistemin Fələstin müqavimət raketlərini, eləcə də sionist rejimin işğal olunmuş Fələstinin cənubundakı nüvə obyekti yaxınlığına Suriya ərazisindən atılan raketi vura bilməməsi barədə məlumat vermişdilər.

İsrail ordusu bu yaxınlarda Dəmir Qübbənin Livan Hizbullah hərəkatının pilotsuz təyyarəsini ələ keçirə bilmədiyini elan etmiş və pilotsuz təyyarə işğal altındakı Fələstində 40 dəqiqəlik kəşfiyyat missiyasından sonra sağ-salamat bazaya qayıtmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 15 =