Tel-Əviv: Livandakı Hizbullahın 230 min raketi var və heç bir məntəqəmiz amanda olmayacaq

Tel-Əviv: Livandakı Hizbullahın 230 min raketi var və heç bir məntəqəmiz amanda olmayacaq

İsrailli ekspert Tel-Əviv rəsmilərinə istinadən məqaləsində bildirib ki, Livanda Hizbullahın 230 min raketi var ki, əgər döyüş başlasa, İsrailin işğal etdiyi bütün əraziləri və strateji obyektlərini hədəfə alacaq.

İsrailli ekspert Zuheyr Endryus “Rəy Əl-Yəvm” qəzetində yazdığı qeyddə “İşğalçı rejim Livanda Hizbullaha qarşı müharibənin təbillərini çalmağa başlayıbmı?” – deyə, yazıb.

Cavab çox güman ki, müsbət olacaq. Amma digər tərəfdən, İsrail Hizbullaha qarşı apardığı psixoloji müharibə kontekstində təhdidlər vasitəsilə güc qazanmağa cəhd edə bilər.

Çünki bu partiyanı İrandan sonra və üçüncü təhlükədən, yəni Qəzzə zolağındakı Fələstin qruplarından əvvəl ikinci strateji təhlükə hesab edir.

Sionist hərbi analitik Yuvav Limur İsrail ordusunun Döyüş İnkişafı Departamentinin komandirinə istinadən bildirib ki, Hizbullah 1000 dəqiq idarə olunan raketdən ibarət səddi keçərsə, Tel-Əviv Hizbullahla ilə döyüşməli olacaq.

Bununla bağlı ibrani televiziyası işğalçı rejimə qarşı 230 minə yaxın raketin tuşlandığını açıqlayıb.

O, həmçinin vurğulayıb ki, Hizbullah növbəti qarşıdurmada işğal olunmuş ərazilərin daxilinə gündə təxminən 1500 raket atacaq.

O, növbəti döyüşdə İsrailin sərhədə yaxın Hizbullah xüsusi təyinatlıları tərəfindən hücuma məruz qalacağını əlavə edərək, Hizbullahın yüzlərlə pilotsuz təyyarəsinin olduğunu vurğulayıb. Onların əksəriyyəti hücum xarakterlidir və ona qarşı missiya İsrail Hərbi Hava Qüvvələrinə tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =