Tel-Əviv Yəmənin Səqtəri arxipelaqında hərbi baza tikir

Tel-Əviv Yəmənin Səqtəri arxipelaqında hərbi baza tikir

Yəmənli məlumatlı mənbələr BƏƏ-nin Səqtəri sionist rejim üçün yeni hərbi baza tikməyə çalışdığını bildiriblər.

Məlumatlı mənbələr bu gün bildiriblər ki, BƏƏ Sionist Müvəqqəti Rejim hərbçiləri ilə birlikdə Yəmənin Səqtəri arxipelaqında işğalçılıq hərəkətlərini davam etdirir.

“Əs-Səhafəl-Yəməniyyə” xəbər saytı bu mənbəyə istinadən xəbər verir ki, BƏƏ və sionist rejim arasında normallaşdırmanın əsas amillərdən biri olan Mahmud Fateh Əli Əl-Xacə “Həchər” dağlıq bölgəsində geniş torpaqlar alıb.

Bu mənbələr bildiriblər ki, Əl-Xacənin məqsədi Səqtəridə sionist rejim üçün yeni hərbi baza tikməkdir. Həchər ərazisi Hadibo sahilinə baxır.

Qeyd olunan mənbələrə görə, bu torpaqların alınması sionist hərbi heyətin ötən ilin sentyabrında bu əraziyə səfərindən sonra baş tutub. Bu yüksəkliklər mühüm strateji mövqeyə malik təbii qala kimidir.

Yəmən mənbələri ötən ayın sentyabrında sionist rejimin öz hərbi mütəxəssislərini BƏƏ vasitəsilə işğal altındakı Səqtəri adasına göndərdiyini bildiriblər. Bu mənbələrə görə, BƏƏ-nin bir sıra kəşfiyyatçıları ilə birlikdə sionist hərbi nümayəndə heyəti bu adada olub.

Sözügedən mənbələrə görə, ehtimal ki, sionist Hərbi Dəniz Qüvvələrinə bağlı texniki ekspertlər olan hərbi heyətin çoxlu cihaz və avadanlıqları var idi. Keçən iyul ayında BƏƏ bəzi xarici mühəndis və pilotları, o cümlədən bəzi sionistləri adanın cənub bölgəsində kəşfiyyat pilotsuz təyyarələri və hərbi helikopterlərə eniş zolağı qurmaq üçün Səqtəriyə göndərdi.

2020-ci ildə BƏƏ sionistlərlə birlikdə Səqtəri hərbi dəniz bazası tikib və təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına bağlı rəsmiləri bu ərazidən çıxarıb.

Sionist rejimin müharibə naziri Benni Qantz iyunun 20-də verdiyi açıqlamada bu rejimin “Yaxın Şərq Hava Hücumundan Müdafiə Koalisiyası” adlı regional hava hücumundan müdafiə sistemi yaratdığını iddia edib.

Eyni zamanda, Qərb mediası bu sistemlərin qurulmasının müzakirə edildiyi bölgələrdən birinin Yəmənin Səqtəri adası olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 8 =