Tel-Əvivdə bugünkü nümayiş Netanyahunu evə həbs edib

Tel-Əvivdə bugünkü nümayiş Netanyahunu evə həbs edib

Sionist mediası yüzlərlə insanın Tel-Əvivdə Likud partiyasının liderlərinin iştirakı ilə keçirilən konfransın qərargahı qarşısında nümayişindən xəbər verib.

Sionist rejimin mediası bu gün (22 mart, çərşənbə) Tel-Əvivdə yüzlərlə insanın Benyamin Netanyahunun kabinetinin siyasətlərinə qarşı nümayiş keçirməsi barədə məlumat yayıb.

Sionist medianın məlumatına görə, bu gün Netanyahu da daxil olmaqla Likud partiyasının yüksək rütbəli rəsmilərinin iştirak etməli olduğu konfransın qərargahı qarşısına toplaşan yüzlərlə insan onun kabinetinin siyasətlərinə qarşı şüarlar səsləndirirlər.

Bu xəbərin dərcindən sonra konfransa qatılmalı olan Netanyahu konfransda iştirak etməyəcəyini açıqlayıb.

Bu ilin yanvarında Benyamin Netanyahunun başçılıq etdiyi sionist rejimin Nazirlər Kabineti bu rejimin məhkəmə sistemində islahatların aparılması planını təqdim edib. İllərdir korrupsiya, rüşvətxorluq və əmanətə xəyanət ittihamları ilə mühakimə olunan Netanyahu bu hiylə ilə məhkəmədən qaçmağı planlaşdırır.

Bu qərardan sonra artıq on birinci həftədir ki, işğal olunmuş Fələstin ərazilərində bu plana etiraz əlaməti olaraq kütləvi nümayişlər keçirilir. Sionist rejimin səlahiyyətliləri xəbərdarlıq edir ki, işğal olunmuş Fələstində bu gərginlik vətəndaş müharibəsinə səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =