Tel-Əvivin mərkəzində atışma: 2 ölü və 11 yaralı-Video

Tel-Əvivin mərkəzində atışma: 2 ölü və 11 yaralı-Video

Tel-Əvivin mərkəzində baş verən atışma nəticəsində iki sionist qəsəbə sakini ölüb, 11 nəfər yaralanıb.

“Əl-Aləm” Xəbər kanalı təcili xəbərdə Tel-Əvivin mərkəzində baş verən atışma zamanı 11 nəfərin yaralandığını, onlardan 4-nün isə vəziyyətinin ağır olduğunu bildirib.

Sionist polisin Tel-Əvivdəki sözçüsü İli Levi deyib ki, atışma üç fərqli yerdə baş verib. Levi yaralılardan ən azı dördünün vəziyyətinin ağır olduğunu və hamısının xəstəxanaya aparıldığını vurğulayıb.

İsrail rəsmiləri sionistlərdən evlərində qalmalarını və çölə çıxmamalarını istəyiblər.

İvrit dilində çıxan “Yedioth Ahronoth” qəzeti İsrailin Baş naziri Naftali Bennetin hazırda Karyadakı Hərbi Nazirliyinin qərargahında olduğunu və bu gecə baş verən atışma ilə bağlı hadisələri araşdırdığını vurğulayıb.

İbranidilli media Tel-Əvivdəki partlayış səsinə bu gecə üçüncü əməliyyatçının İsrail hərbçilərinə tərəf atdığı qumbaranın səbəb olduğunu yazıb.

Sionist mediası yüzlərlə əsgər və təhlükəsizlik qüvvələrinin Tel-Əvivdə üç binanı mühasirəyə aldığını bildirir. Onlar hesab edirlər ki, atışmanı törədənlərdən biri bu binalarda bir neçə nəfəri girov götürüb.

İbranidilli mənbələr birinci binaya daxil olandan sonra polisin binanın boş olduğunu və orada heç kimin olmadığını aşkar edərək, hazırda başqa binaları axtardıqlarını vurğulayıblar.

Sionist televiziyasının 13-cü kanalı əməliyyatın hələ də azadlıqda olan və həbs olunmayan silahlı şəxs tərəfindən həyata keçirildiyini bildirib.

İsrail mediası yüzlərlə İsrail polisi və ordusunun Tel-Əviv küçələrində yerləşdiyini və bu gecə əməliyyatın səbəbkarını tapmağa çalışdığını, lakin bir neçə saatlıq əməliyyata baxmayaraq, heç bir nəticə əldə edə bilmədiyini deyib.

HƏMAS İslami Müqavimət Hərəkatı bu gecə Tel-Əvivdə keçirilən qəhrəmancasına şəhadət əməliyyatı ilə bağlı təbrik deyib. Bunu İsrail işğalçılarının Fələstin xalqına, torpaqlarına və ziyarətgahlarına, xüsusilə də Qüds və Məscidül-Əqsaya qarşı artan cinayətlərinə təbii və qanuni cavab adlandırıb.

İslami Cihad hərəkatı bu gecə Tel-Əvivdə 16-dan çox israillinin ölümü və yaralanması ilə nəticələnən qəhrəmancasına əməliyyatı təbrik edib.

İslami Cihad siyasi bürosunun üzvü doktor Yusif Əl-Hüseyni bu əməliyyatın Dezinqof küçəsində qorxaq sionistlərin bədənini lərzəyə salan tufan kimi olduğunu vurğulayıb.

İbranidilli 12-ci kanalın analitiki Nir Dafuri əməliyyatın təfərrüatlarını açıqlayaraq, əməliyyatçının tapançadan istifadə etdiyini və 12 dəfə atəş açaraq 9 nəfəri yaraladığını bildirib. O, əməliyyatçının xüsusi atış bacarığına malik olduğunu açıqlayıb.

Fələstinli mücahidlərin uğurlu əməliyyatından sonra Fələstinə bayram və sevinc əhval-ruhiyyəsi hakim kəsilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =