Tel-Əvivin müqavimət raketlərinin sionist yaşayış məntəqələrinə yaxınlaşmasından narahatlığı

Tel-Əvivin müqavimət raketlərinin sionist yaşayış məntəqələrinə yaxınlaşmasından narahatlığı

Bir sionist qəzet yazıb ki, sionist mühacirlər İordan çayının qərb sahilindən bu yaşayış məntəqələrinə doğru raket əməliyyatlarının təkrarlanmasından çox narahatdırlar.

Mehr xəbər agentliyinin Əl-Bəvabəyə istinadən verdiyi məlumata görə, sionist qəsəbə sakinləri İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərindən raket əməliyyatlarının təkrarlanmasından narahatdırlar və sionist ordusunun onları qoruyacağından əmin deyillər.

Sionist “İsrail Əl-Yəvm” qəzeti bir xəbərdə yazıb ki, mühacirlər İordan çayının qərb sahilindəki təhlükəsizlik vəziyyətinin Qəzzədəki təhlükəsizlik vəziyyəti kimi olacağından narahatdırlar.

Bu xəbərə görə, sionist məskunlaşmaçılar raket hücumları ilə bağlı mötəbər məlumatları Fələstin xəbər kanallarından alırlar.

Sözügedən qəzet yazıb ki, sionist ordusu İordan çayının qərb sahilinin şimalında Fələstin müqavimətinin sionist yaşayış məntəqələrini hədəfə almaq səylərindən çox narahatdır.

Bu qəzet müqavimət qüvvələrinin raket hücumları baxımından Qəzzə modelini İordan çayının qərb sahilində tətbiq etməyə çalışdığını yazıb.

Ötən bazar ertəsi işğal olunmuş Fələstinin Şəkid şəhəri yaxınlığında raket buraxılış meydançası və əldəqayırma raketlərin qalıqları aşkar edilib. Bu ərazidə son 2 gündə ikinci dəfədir ki, yuxarıda adı çəkilən raketlərin qalıqları tapılır.

Sionist “İsrail Əl-Yəvm” qəzeti yazıb ki, bu raket sınaqları geniş şəkildə artmaqdadır, belə ki, əvvəlcə sınaqdan keçirilmiş raketlər buraxılış sahəsinin yaxınlığında düşmüşdü, indi isə bu raketlər sionist yaşayış məntəqələrinə yaxınlaşır.

Bütün bu şərhlərə baxmayaraq, sionist rejim hələ də raket hücumu zamanı yaşayış məntəqələrinin sakinləri üçün xüsusi xəbərdarlıq sisteminə malik deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 15 =