Tel-Əviv: ABŞ hücumdan xəbərdar idi

Tel-Əviv: ABŞ hücumdan xəbərdar idi

İsrailin İrana hücumu barədə ABŞ-ın əvvəlcədən məlumatlandırıldığı ortaya çıxdı; Vaşinqton hücumda iştirak etmədiyini və prioritetinin Amerika personalını qorumaq olduğunu açıqlayıb.

İsrail mediasının məlumatına görə, cümə günü səhər saatlarında İsrail işğalçı qüvvələrinin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumdan ABŞ-ın əvvəlcədən məlumatı olduğu təsdiqlənib .

İsrail Yayım Korporasiyası Vaşinqtonun hücumdan xəbəri olduğunu, Kanal 7 televiziyası isə İsrailin hücuma başlamazdan əvvəl Donald Tramp administrasiyasını məlumatlandırdığını bildirib.

İsrailin Kanal 12-nin müxbiri Amit Seqal ABŞ-ın hücumdakı rolunu qiymətləndirərkən bu sözləri deyib :

“ABŞ-ın İsraillə koordinasiya aparmadığına inananlar yanılır. Aprelin 12-də Tramp İranla razılığa gəlmək üçün 60 gün vaxt verdi. Bu gün 61-ci gündür”.

İşğalçı İsrail ordusu da açıqlamasında ABŞ ordusu ilə “hərtərəfli dialoqun” aparıldığını təsdiqləyib.

Digər tərəfdən ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun heç bir şəkildə hücumda iştirak etmədiyini vurğulayıb.

Rubio X sosial media platformasındakı paylaşımında İsrailin hücumunu “birtərəfli” hərəkət kimi qiymətləndirərək ABŞ-ın hücumda iştirak etmədiyini və prioritetinin bölgədəki Amerika personalını qorumaq olduğunu bildirib.

Rubio həmçinin bildirib ki, İsrail hücumu “qanuni müdafiə” kimi qiymətləndirib və bu fikri ABŞ-a çatdırıb.

Qeyd olunub ki, ABŞ administrasiyası bölgədəki hərbi personalını qorumaq üçün bütün lazımi tədbirləri görüb.

Rubio həmçinin İrana xəbərdarlıq edərək, “İran ABŞ personalına və ya maraqlarına hücum etməməlidir” deyib.

ABŞ-ın CNN televiziyası hücum zamanı prezident Donald Trampın Ağ Evdə Nazirlər Kabinetinin iclasını keçirdiyini bildirib.

Ağ Evdən verilən rəsmi açıqlamada Trampın cümə günü səhər saatlarında Situasiya otağında Milli Təhlükəsizlik Şurası ilə görüşəcəyi və İsrailin İrana hücumlarını dəyərləndirəcəyi açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =