Tel-Əvivin mərkəzində bomba partladılıb

Tel-Əvivin mərkəzində bomba partladılıb

Xəbər mənbələri Tel-Əvivin parklarından birində bomba partlayışı olduğunu bildirib.

İRNA-nın cümə günü Şahab xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sionist media Tel-Əvivin mərkəzindəki “Yarkon” parkında bombanın partlaması barədə məlumat yayıb.

Sionist mediasının məlumatına görə, bu partlayışda ölən və yaralanan olmayıb. Sionist rejimin təhlükəsizlik qüvvələri bu məsələni araşdırır.

Media hələlik bu bombanın partlaması ilə bağlı ətraflı məlumat yaymayıb.

Fələstin mediasının məlumatına görə, İordan çayının qərb sahilindəki “Bita” kəndi də dünən gecə bu kəndə hücum edən sionist rejim əsgərləri ilə fələstinli gənclərin qarşıdurmasının şahidi olub.

Sosial şəbəkələrdə yayımlanan görüntülər sionist rejimin ən azı bir avtomobilinin fələstinli gənclər tərəfindən molotof kokteyli ilə hücuma məruz qaldığını və yandırıldığını göstərir.

Sionist rejim qüvvələri Fələstin vətəndaşlarını həbs etmək üçün adətən gecələr İordan çayının qərb sahilinin şəhər və kəndlərinə hücum edir və onlar fələstinli gənclər və döyüşçülərin güclü müqaviməti ilə üzləşirlər.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =