“Telegram” istifadəçilərin yaşını yoxlamağa başladı

“Telegram” istifadəçilərin yaşını yoxlamağa başladı

“Telegram” messencerində üz tanıma texnologiyasından istifadə edərək istifadəçilərin yaşını təsdiqləyən rəsmi bot fəaliyyətə başlayıb.

Bu barədə “Durova Code” portalı məlumat yayıb.

Yeni funksiya hələlik yalnız Böyük Britaniyada əlçatandır və yerli qanunvericiliyin tələblərinə cavab verir. Botun təsvirində qeyd olunur ki, istifadəçi şəkilləri və digər məlumatlar yalnız cihazda emal olunur və heç bir halda xarici serverlərə ötürülmür.

Qeyd edək ki, iyulun 25-dən etibarən Böyük Britaniyada onlayn platformalara yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan qorumağı məcburi edən yeni qaydalar qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 5 =