Telekanal direktoru Həşd Şabinin gücündən danışdı

Telekanal direktoru Həşd Şabinin gücündən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqın Əl-Nəxil Xəbər Agentliyinin direktoru Məhəmməd Əli Əl-Həkim ABŞ-ın İraq-Suriya sərhədindəki müqavimət bazasına son hücumu barədə Gənc Jurnalistlər Klubuna verdiyi eksklüziv reportajda bildirib ki, Həşdi Şabi ABŞ da daxil olmaqla İraqın düşmənlərinə qarşı möhkəm bir dayaqdır. İraqda keçirilən hərbi manevrdən sonra Amerikanın Həşdi Şabiyə qarşı son hücumu bu qrupa bir mesaj idi.

O, deyib: “Həşdi Şabi, ABŞ da daxil olmaqla İraqın düşmənlərinə qarşı möhkəm bir dayaqdır. Həşdi Şabi müqavimət qrupu bölgənin İŞİD kimi terror elementlərindən təmizlənməsində əsas rol oynadı.”

Əl-Həkim belə əlavə edib: “Amerikanın bu hücumu yüz faiz cavabsız qalmayacaqdır. Həşdi Şabinin cavabı ağrılı olacaq və Amerikanın açıq aşkar cinayətləri qarşısında susmaq artıq mənasızdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 20 =