“Tesla” “Model S Plaid Plus” istehsalından imtina edib

“Tesla” “Model S Plaid Plus” istehsalından imtina edib

“Tesla” avtomobil şirkəti “Model S Plaid Plus” modelinin istehsalından imtina edib.

Bu barədə “Tesla”nın rəhbəri İlon Mask öz “Twitter” səhifəsində bildirib.

Onun sözlərinə görə, yeni modelin buraxılması üçün zərurət yoxdur.

Belə ki, şirkət iyunun 3-dən başlayaraq Kaliforniyada “Model S Plaid” istehsalına başlayıb. Bu model ən sürətli elektromobil hesab olunur.

Ən bahalı elektromobil kimi nəzərdə tutulan “Model S Plaid Plus” modelinin istehsalının 2022-ci ildə başlaması planlaşdırılırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =