Tezliklə sanksiyalar ləğv ediləcək və ölkəyə kapital axını başlayacaq – Həsən Ruhani

Tezliklə sanksiyalar ləğv ediləcək və ölkəyə kapital axını başlayacaq – Həsən Ruhani

“İnşallah tezliklə sanksiyalar aradan qaldırılacaq və kapitalların İrana axını başlayacaq. Ümidvaram ki, bu hökumətin dövründə sərmayələrin artmasının və camaatın ondan bəhrələnməsinin şahidi olaq.”

Bunu İranın prezidenti Həsən Ruhani bu günkü çıxışında deyib.

Həsən Ruhani sanksiyaların İran iqtisadiyyatına vurduğu ziyanlardan, rəhbərlik etdiyi hökumətin bununla bağlı gördüyü tədbirlərdən, habelə nüvə sazişilə bağlı aparılan danışıqlardan danışıb.

O, Vyanada aparılan danışıqların vəziyyətilə bağlı danışarkən vurğulayıb ki, tezliklə sanksiyalar ləğv ediləcək və ölkəyə kapitalın axını başlayacaq.

O əlavə edib ki, bu prosesin elə hazırki hökumətin dönəmində (yeni hökumət 43 gündən sonra iş başına gələcək) baş verəcəyinə ümidvardır.

Qeyd edək ki, İranı nüvə müzakirələrində təmsil edən müzakirəçilər qrupunun rəhbəri Abbas Əraqçi ötən gün danışıqların altıncı turunun yekunu barədə açıqlama verib. O bildirib ki, tərəflər hər zamandından daha çox indi yekun razılaşmaya yaxındırlar.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + thirteen =