“The Guardian” qəzeti: Xaşeqçinin qatilləri Ər-Riyaddakı təhlükəsizlik kompleksində yaşayırlar

“The Guardian” qəzeti: Xaşeqçinin qatilləri Ər-Riyaddakı təhlükəsizlik kompleksində yaşayırlar

Britaniyanın “The Guardian” qəzeti Səudiyyənin siyasətini tənqid edən jurnalist Camal Xaşeqçinin qatillərinin Ər-Riyaddakı təhlükəsizlik kompleksində yaşadığını açıqlayıb.

Britaniyanın “Guardian” qəzetinin məlumatına görə, yerli şahidlər Camal Xaşeqçinin qətli üzrə komandanın ən azı üç üzvünün Ər-Riyadda Səudiyyə Milli Təhlükəsizlik Agentliyinin idarə etdiyi yeddi ulduzlu kompleksdə qaldığını iddia edib.

Guardian-ın məlumatına görə, Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Xaşeqçini parçalayan həkim Salah ət-Tabiqi binaya girənlər arasında olub.

Şahidlərin sözlərinə görə, şübhəlilərin idman klubu və iş yerləri kimi obyektlərə çıxışı var və onların ailə üzvləri mütəmadi olaraq onlarla görüşür.

2019-cu ilin dekabrında Səudiyyə Ərəbistanı məhkəməsi səudiyyəli jurnalistin qətlində təqsirli bilinənlərdən bəzilərini ölüm cəzasına məhkum etdi, lakin sonradan onların cəzaları ömürlük həbslə əvəz olundu. Üç müttəhimə bəraət hökmü çıxarılıb, 10 nəfərə isə edam və həbs cəzası verilib.

Guardian-ın istinad etdiyi şahidlər son iki ildə bir neçə dəfə Ər-Riyaddakı kompleksə baş çəkiblər. Bağbanlar və texniki işçilərin mülkə girməsinə icazə verilir. Şahidlər Bin Salmanın qisas alacağından qorxaraq kimliklərini açıqlamaqdan imtina ediblər.

Bu yaxınlarda Fransa polisi Xaşeqçinin qətli ilə əlaqəsi olduğu bəhanəsi ilə bir nəfəri həbs edib. O, dekabrın 7-də Parisin Şarl de Qoll hava limanında həbs edilib. Lakin sonradan Fransa polisi bunun ad oxşarlığı baxımından edilən bir səhv  olduğunu deyərək onu sərbəst buraxıb.

Parisin bu addımını tənqid edən Türkiyə rəsmiləri bildiriblər ki, Fransa əsl qatili həbs edib siyasi səbəblərdən azad etmiş ola bilər.

Türkiyədə yaşayan və “Washington Post” qəzetində çalışan 59 yaşlı səudiyyəli jurnalist Camal Xaşeqçi 2018-ci ilin oktyabrında Türkiyənin İstanbul şəhərindəki Ər-Riyad konsulluğunda qətlə yetirilib.

Bir çox insan haqları qrupları Məhəmməd bin Salmanın onun qətlinə görə cavab verməli olduğunu bəyan etsə də, Səudiyyə vəliəhdi bu qətldə əli olduğunu inkar edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =