The Telegraph: “Avropa Rusiya qazından imtina edəcəyi təqdirdə ağır zərbə ilə üzləşəcək”
“Avropa ölkələrinin ay yarımlıq qaz ehtiyatları var, sərt sanksiyalar və Rusiyadan tədarükdən imtina olunarsa, qitə ciddi böhranla üzləşəcək”.
Bu barədə Britaniyanın “The Telegraph” nəşrinin köşə yazarı Tom Ris bildirib.
Onun sözlərinə görə, Rusiyadan enerji idxalı dayandırılacağı təqdirdə Almaniya iqtisadiyyatı ən ağır zərbəni alacaq.
Müəllif bildirib ki, hazırda qitədəki anbarlar 33% doludur. Onların içərisində 33 milyard kubmetr qaz var ki, bu da aprelə qədər davam edəcək. Son bir ildə bu resursun qiyməti üç dəfə artıb:
“Ekspertlər neqativ geosiyasi ssenarilərin baş verəcəyi təqdirdə Rusiya yanacağının Avropa İttifaqına axınının dayanacağını, daha sonra isə xammalın qiymətinin daha da artacağını proqnozlaşdırır”.
Report.az