The Wall Street Journal: ABŞ hərbi texnikası Əfqanıstandan Ukraynaya gedir

The Wall Street Journal: ABŞ hərbi texnikası Əfqanıstandan Ukraynaya gedir

The Wall Street Journal yazır ki, Co Bayden hökuməti ABŞ-ın Əfqanıstana təyinatlı hərbi texnikasını Ukraynaya ötürməyi planlaşdırır.

“The Wall Street Journal” Ukrayna və ABŞ rəsmilərinə istinadən yazıb ki, Kabilin süqutundan əvvəl Əfqanıstana göndərilən ABŞ texnikası Ukraynaya daşınmalı idi.

Məlumata görə, Ukrayna rəsmiləri Rusiya istehsalı olan Mi-17 helikopterlərini və Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri üçün nəzərdə tutulan digər hərbi texnikanı təhvil vermək üçün ABŞ hökumətinə təzyiq edib.

Wall Street Journal-ın yazdığına görə, Ukrayna həmçinin ABŞ-a hava hücumundan müdafiə sistemləri, o cümlədən “Stinger” yer-hava raketləri ilə təmin etmək üçün təzyiq edib.

Uzun müddətdir Şərqdəki rəqibi kimi Rusiyaya təzyiq etmək yollarını axtaran ABŞ indi Ukrayna sərhədində Rusiya qüvvələrinin mövcudluğunun ölkə üçün təhlükə olduğunu iddia edərək, bölgədə gərginliyi artırmaq üçün yeni bəhanələr axtarır.

Rusiya dəfələrlə Ukrayna ilə sərhəddə hərbi əməliyyatlarının normal hərbi əməliyyat olduğunu bildirib, lakin ABŞ və müttəfiqləri Rusiyanın Ukrayna ilə sərhədində gərginliyi artırmağa davam edir.

Birləşmiş Ştatlar Rusiyanın Ukrayna ilə sərhəddə hərəkətinə ciddi yanaşdığını bildirib, Vaşinqton və Kiyev isə bu yaxınlarda avropalı müttəfiqlərinə bildiriblər ki, qoşunların Ukrayna ilə sərhəddə hərəkəti Moskvanın Ukraynaya yeni hücuma hazır olduğunu göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 8 =