“The Week”: ABŞ İrana borcludur

“The Week”: ABŞ İrana borcludur

Brayan Kuper cümə günü “The Week” jurnalında yazdığı bir qeyddə belə söyləyib: “ABŞ prezidenti Co Bayden İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməli və nüvə anlaşmasına qayıtmaq barədə xoş niyyətini göstərməlidir.”

O, həmçinin belə qeyd edib: “Co Bayden 2020-ci il seçki kampaniyasında nüvə anlaşmasına qayıtmaq üçün ciddi səy göstərəcəyinə dair söz verdi, ancaq vəzifəyə gəldikdən əlli gün sonra heç bir irəliləyiş əldə olunmadı və bu razılaşma aradan getmək ərəfəsindədir.”

Kuper yazır: “Artıq Bayden prezidentdir. Ona görə də o, nüvə anlaşmasına qayıtmaq üçün aparılan danışıqlar çərçivəsində İrana qarşı geniş sanksiyaları ləğv etməlidir. Bununla həm yaxşı niyyətini göstərməli, həm də humanitar yardım göstərmək istiqamətində addımlar atmalıdır. ABŞ, koronavirus böhranında olan İran hökumətinə və xalqına ciddi ziyan vurub. Bu səbəbdən ABŞ bu mövzuda iranlılara borcludur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 5 =