Ticarət mərkəzindən 12 minlik ayaqqabı oğurlandı

Ticarət mərkəzindən 12 minlik ayaqqabı oğurlandı

2021-ci il dekabrın 24-də Sumqayıt şəhəri ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12 min manat dəyərində 400 cüt ayaqqabı oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 7 =