Ticarət obyektlərinin fəaliyyəti bərpa olunub
Ticarət obyektlərinin fəaliyyətinə bu gündən icazə verilib.
Bu Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) icazə verilir.