Tik xəstəliyi riskini artıran sosial şəbəkə açıqlandı

Tik xəstəliyi riskini artıran sosial şəbəkə açıqlandı

Həkimlər 12-25 yaş qızlarda tik xəstəliyinin geniş yayılmasını “TikTok”dan istifadə ilə əlaqələndiriblər.

Bu barədə “CTV News” məlumat yayıb. Kanada alimləri müxtəlif yaşlarda olan 290 insanın davranışını tədqiq edərək müəyyən ediblər ki, əsəb tikləri ilə Turet xəstəliyinə oxşar simptomların inkişafı arasında ən güclü əlaqə bu yaş qrupunda və bu sosial şəbəkənin istifadəçilərində aşkar edilib.

“Qlobal əlçatanlıq və sosial mediadan istifadənin artması, həssas fərdlərdə Turet sindromu simptomlarının daha da kəskinləşməsinə səbəb ola bilər”, – deyə araşdırmanın nəticələrində deyilir.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − four =