Tikinti şirkətləri bizi belə aldadır-Video

Tikinti şirkətləri bizi belə aldadır-Video

Bu gün tikinti şirkətlərinin əksəriyyəti vətəndaşlara mənzil satarkən yaşayış sahələrinin hesablanması qaydalarında mövcüd qanunvericiliyin tələblərini pozur. Vətəndaş tikinti şirkətindən məzil alarkən ona müqavilə və maliyyə arayışı təqdim edilməlidir. Alqı-satqı prosesinin heç bir dövlət orqanında reyestri aparılmadığına görə, vətəndaş şirkətin verdiyi sənədlə qane olmaq məcburiyyətindədir. Çox vaxt müqavilədə qeyd olunan ümumi sahələr rəsmi çıxarışla üst-üstə düşmür. Müqavilə yolu ilə satılmış mənzillərə bir müddətdən sonra çıxarış alarkən orada daha az ümumi sahə qeyd olunur. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, vətəndaşlara mənzil sahəsi əvəzinə eyvanlar, terraslar mənzil qiymətinə satılır, hətta ümumi istifadə üçün nəzərdə tutulmuş şaxtaların sahələrini, mənzilin daxilindəki arakəsmə divarlarını da satılan sahəyə daxil edirlər. Bu da təqribən 100 kvadratmetrlik sahədə bəzi hallarda 15-20 kvadrata qədər fərq yaradır. Daha yaxşı olardı ki, tikinti şirkəti 2000 manata ev təklif edirsə, onu 2200 manata satsın, ancaq vətəndaşı aldatmasın. 200 kvadrat metr mənzil sahəsi təklif edir, ölçüləndə isə məlum olur ki, burada heç 170 kvadrat da yoxdur.

Ekspert onu da bildirdi ki, daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verildikdən sonra vətəndaş texniki pasportda qeyd olunan ölçülərlə müqavilədə təqdim olunan ölçülər arasında fərqi müəyyən edən zaman bunu məhkəmə qaydasında mübahisələndirir. Tikinti şirkətindən aldığı mənzilin 1 kvadrat metrinə görə ödədiyi vəsaiti ona artıq hesablanmış sahəyə görə qarşı tərəfdən tələb edə bilir. Belədə əksər hallarda vətəndaşlar qalib gəlir.

İqtisadçı ekspert Firdovsi Xəlilov isə bildirir ki, MTK-lar əgər müqavilədə mənzilin ümumi sahəsinin hesablanma metodunu çöldən çölə göstərirsə, bu vətəndaşı aldatmaq deyil. Şaxtalar, pilləkənlər və ümumi nəzərdə tutulmuş hissələri də mənzil sahibi istifadə edir və bu onun sayılır. Ekspert deyir ki, beynəlxalq praktikada “netto” və “prutto” adlı 2 cür hesablanma metodu var.

Ekspert Azərbaycanda da mənzilin sahəsinin beynəlxalq praktikadakı kimi hesablanacağı təqdirdə bu kimi problemlərin yaranmayacağını deyir.

Sonda isə bir məqama xüsusi diqqət çəkək. Qanunvericiliyin qərar və müddalarına əsasən mənzil sahəsinin hesablamasında tikinti şirkətinin qarşısına alıcıya faydalı sahənin hesablanması tələb kimi qoyulur. Bu öhdəlikdir, ayrı ayrı şəxslərin və ekspertlərin şəxsi rəyləri ilə deyil, məhz qanunvericiliklə tənzimlənir,

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 3 =