Tofiq Musayev Bellatordakı debüt döyüşündə parlaq qələbə qazandı

Tofiq Musayev Bellatordakı debüt döyüşündə parlaq qələbə qazandı

MMA təmsilçimiz Tofiq Musayev Bellator turnirindəki debüt döyüşündə parlaq qələbə qazanıb.

BAKU.WS xəbər verir ki, ABŞ-ın Vaşinqton şəhərinin “Emerald Kuin Kazino” stadionunda keçirilən Bellator 283 turnirində 32 yaşlı təmsilçimiz 30 yaşlı amerikalı Sidni Autlo ilə gücünü sınayıb. Döyüş ilk raundunun 27-ci saniyəsində Tofiq Musayevin nokautla qələbəsi ilə yekunlaşıb. Beləliklə Tofiq Musayev peşəkar karyerasında 18-ci qələbəsini qazanıb. Təmsilçimiz cəmi dörd döyüşdə uduzub.

Bunadək Tofiq Musayev Rizin, WFCA və digər nüfuzlu turnirlərdə uğurla dğyüşüb. 

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 14 =