Toğanalı-Kəlbəcər yolundan bütün il boyu istifadə etmək mümkün olacaq
Bu il yanvarın 7-də Alban-Udi xiristian dini icmasının milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də, məhz bu yolla – Toğanalı- Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.
Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib.
Onun sözlərinə görə, sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu (11.7 x 2 ) 23.4 km təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur: “Bu imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün il boyu fasiləsiz və təhlükəsiz istifadə edilsin”.
O həmçinin qeyd edib ki, digər obyektlərdə də layihələndirmə işləri ilə paralel olaraq, minadan təmizləməklə tikinti işləri davam etdirilir.
Trend