Tokio Ağ Evin xahişini yerə saldı
Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, Yaponiya Birləşmiş Ştatların Rusiya prezidenti Vladimir Putinin gündoğan ölkəyə “Saxalin-2” neft-qaz layihəsində operator statusu verilməsi barədə qərarından imtina etmək xahişini yerinə yetirməyib.
Bu barədə Yaponiyanın İqtisadiyyat, ticarət və sənaye naziri Koiti Xagiuda yerli NHK telekanalına açıqlamasında deyib:
“Biz Amerika tərəfini başa saldıq ki, bu məsələdə status-kvomuzu qoruyub saxlamaq niyyətindəyik. Düşünürəm ki, onlar bizim mövqeyimizi anlayışla qarşılayıblar”.
Publika.az