Tokio təsdiqlədi: Raket iqtisadi zonaya düşüb

Tokio təsdiqlədi: Raket iqtisadi zonaya düşüb

Yaponiya hakimiyyəti KXDR tərəfindən şənbə günü, fevralın 18- də buraxılan raketin Yaponiyanın iqtisadi zonasına düşdüyünü təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb. Agentliyin məlumatına görə, raketin düşməsi Hokkaydo adasının 200 kilometrliyində qeydə alınıb.

Raketin, ümumilikdə 66 dəqiqə havada qaldığı dəqiqləşdirilir. Eyni zamanda, onun uçuş hündürlüyü təxminən 5,7 min kilometr, uçuş məsafəsi isə təxminən 900 kilometr olub.

Yaponiyanın baş naziri Fumio Kişida ərazidə təyyarə və gəmilərin təhlükəsizliyini təmin etmək, həmçinin “gözlənilməz hallara” hazırlaşmağı tapşırıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − six =