Tomahawk; ABŞ-ın Yəmənin Səada şəhərində müharibə cinayətləri aləti

Tomahawk; ABŞ-ın Yəmənin Səada şəhərində müharibə cinayətləri aləti

Yəmənin Minalarla Mübarizə Mərkəzi elan edib ki, düşmən Amerika Səadada dağıdıcı təsirlərə malik silahlardan istifadə edib və mülki əhaliyə və mülki hədəflərə böyük ziyan vurub.

Son hücumlarda çox güclü və zəhərli partlayıcı döyüş başlıqlarına malik olan partlayıcı və dağıdıcı Tomahawk raketlərindən (BGM-109 Tomahawk) istifadə edilmişdir. Daha əvvəl Yəmənin 5 vilayətində istifadəsi qeydə alınan bu hücumlarda kaset sursatlarından da istifadə edilib.

Cenevrə Konvensiyasına və Beşinci Protokola görə, bu hərəkət bütün beynəlxalq hüququn açıq şəkildə pozulması və bütün insani və mənəvi dəyərlərin pozulmasıdır. Bu silahlardan Yəmənə qarşı istifadə edilərkən dinc əhalinin həyatını qorumaq üçün heç bir tədbir görülməyib.

Tomahawk mahiyyətcə yer hədəflərinə hücum etmək üçün istifadə edilən uzun mənzilli, səsdən sürətli raketdir. Bu raket adətən döyüş gəmilərinin və ya sualtı qayıqların göyərtələrindən atılır. Uzunluğu 5,56 metr, sürəti saatda 880 kilometr, 450 kiloqram partlayıcı daşımaq gücündədir. Bu raketin uçuş məsafəsi 1200 ilə 2500 kilometr arasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 1 =