Tonqada vulkan və sunami nəticəsində 6 nəfər həlak olub
Tonqa Krallığında vulkan püskürməsi və onun yaratdığı sunami nəticəsində 6 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə Çinin Qlobal Televiziya Şəbəkəsi (CGTN) məlumat yayıb.
Sakit okeanda Tonqanın paytaxtı Nukualofadan 65 km şimalda yerləşən Hunqa-Tonqa-Hunqa-Haapai sualtı vulkanı yanvarın 15-də kül, buxar və qaz püskürməyə başlayıb.
Püskürmə başlayandan sonra Tonqa, Yeni Zelandiya, ABŞ, Kanada, Çili və Yaponiyada sunami xəbərdarlığı edilib.
Sunami demək olar ki, bütün Tonqa adalarına ziyan vurub.
Report.az