“Tottenhem” – “Liverpul” matçında qalib müəyyənləşməyib

“Tottenhem” – “Liverpul” matçında qalib müəyyənləşməyib

İngiltərə Premyer Liqasında XVIII turun daha bir matçı keçirilib.

Apasport.az saytının məlumatına görə, mərkəzi oyunda “Tottenhem”lə “Liverpul” üz-üzə gəlib.

İngiltərə Premyer Liqasında XVIII turun daha bir matçı keçirilib.

Apasport.az saytının məlumatına görə, mərkəzi oyunda “Tottenhem”lə “Liverpul” üz-üzə gəlib. Londondakı qarşılaşmanın ilk hissəsində tərəflər hərəyə bir dəfə fərqlənib. Harri Keyn 13-cü dəqiqədə hesabı açıb. 35-ci dəqiqədə Dioqo Jota ilə hesabı bərabərləşdirən “qırmızılar” 70-ci dəqiqədə önə keçib.

Müdafiəçi Endi Robertson fərqlənib. Lakin cəmi 4 dəqiqə sonra Xın Min Son oyunda son nöqtəni qoyaraq, status-kvonu bərpa edib – 2:2.

Qeydə alınan heç-heçə bu gün “Nyukasl” üzərində 4:0 hesablı qələbə qazanan lider “Mançester Siti”nin ikinci pillədəki “Liverpul”la xal fərqini 3-ə yüksəltməsinə səbəb olub. “Tottenhem” isə 26 xalla 7-ci yerdədir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 6 =