Tovuzda 75 yaşlı kişi minaya düşdü – TƏFƏRRÜAT – VİDEO – YENİLƏNİB

Tovuzda 75 yaşlı kişi minaya düşdü – TƏFƏRRÜAT – VİDEO – YENİLƏNİB

Tovuz rayonunda yerli sakinin minaya düşərək yaralandığı hadisənin təfərrüatı məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mal-qaranı otaran zaman qadağan olunmuş əraziyə keçib və nəticədə mina partlayışı baş verib.

Əvvəllər həmin şəxsə ərazinin minalı sahə olması, həyatı üçün təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq olub.

Faktla bağlı araşdırma davam etdirilir.

*** 09:27

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlaıyışı baş verib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

*** 09:17

Tovuz rayonunun Əlibəyli kəndində yerli sakin minaya düşərək xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, rayon sakini Abdulla Ələsgərov ərazidə olan zaman minaya düşərək yaralanıb.

Xəstəxanaya yerləşdirdilən A.Ələsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + fifteen =