Tramp ərəb hökumətlərini sağmal inək kimi görür

Tramp ərəb hökumətlərini sağmal inək kimi görür

Yəmən Ənsarullah Hərəkatının lideri sionist rejim ordusunun müqavimət döyüşçüləri ilə hərbi qarşıdurmada uğursuzluğa düçar olduğunu, bu səbəbdən mülki vətəndaşları zorla təxliyə etmək məqsədi güddüynü deyib.

İRNA-nın məlumatına əsasən, Seyid Əbdülməlik Bədrəddin əl-Husi bu gün (7 noyabr) deyib:  İsrail hər hansı ərzaq və tibbi ləvazimatların Qəzza zolağına daxil olmasına mane olur və bu bölgənin şimalındakı sakinləri bombardmana, qətlə və aclığa məruz qoyaraq onları köç etməyə məcbur edir.

Seyid Əbdülməlik  Əl Husi bəyan edib: Hərbi qarşıdurmada uğursuzluğa düçar olan və bəyan etdiyi məqsədlərinə çata bilməyən İsrail düşməni bütün istiqamətlərdə dinc əhalini hədəfə almaq kimi cinayət yolunu davam etdirir.

Əl Husi əlavə edib: Tramp zəngin ərəb dövlətlərini sağmal inək kimi görür. Kasıb ölkələri isə onlar üçün hesablamalarında ölüm və məhvdən başqa heç nəyi olmayan bədbəxt və tərk edilmiş millətlər hesab edir.

Seyid Əbdülməlik  Əl Husi vurğulayıb: Tramp İsrail düşməninə və ABŞ-ın maraqlarına xidmət etmək üçün “normallaşma” adı altında bəzi ərəb hökumətlərini özünə tabe etdirməyə çalışır. O, bəzi ərəb rejimlərini öz xalqlarının və ölkələrinin imkanlarından istifadə edərək bu düşmənə xidmət etməyə məcbur etmək məqsədini güdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 7 =