Tramp 30573 dəfə Amerika və dünya əhalisini aldadıb!
“Washington Post” qəzeti Donald Trampın 4 il ərzində danışdığı yalanların sayını açıqladıCo Baydenin ABŞ prezidenti olaraq işə başlamasından sonra Washington Post qəzeti sabiq prezident Donald Trampın 4 il ərzində danışdığı yalanların sayı ilə bağlı statistika açıqlayıb.
Qəzet bildirib ki, Trampın hər hansı mövzu ilə bağlı çıxışında və ya yazdığı tvitdə bir neçə dəfə yalan söyləməsi 1 dəfə hesablanılsa da, yenə də onun yalanlarının ümumi sayı inanılmazdır. Bu statistikaya əsasən Tramp 4 illik prezidentlik dönəmində 30573 dəfə yalan danışıb və həqiqəti əks etdirməyən iddialar səsləndirib!
Tampın son və ən biabırçı yalanı, seçkiləri açıq fərqlə qazanması ilə bağlı söylədiyi yalan olub.
islamtimes.org