Tramp ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini vəzifəsindən azad edib

Tramp ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini vəzifəsindən azad edib

ABŞ prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri, general Çarls Braunu vəzifəsindən azad edib.

APA xəbər verir ki, o, bu barədə cümə günü “Truth Social”da məlumat verib.

“Mən general Çarls Brauna ölkəmizə 40 ildən artıq xidmətinə görə, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi təşəkkür etmək istəyirəm. O, gözəl centlmen və görkəmli liderdir, ona və ailəsinə böyük gələcək arzulayıram”, – Tramp deyib.

O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin generalı Den Keyni bu vəzifəyə namizəd kimi irəli sürdüyünü bildirib.

“General Keyn təcrübəli pilot, milli təhlükəsizlik üzrə ekspert, uğurlu sahibkar və idarələrarası və xüsusi əməliyyatlarda əhəmiyyətli təcrübəyə malik döyüşçüdür”, – Tramp əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − eight =