Tramp administrasiyası gizli şəkildə qüdrətin ötürülməsini həyata keçirir

Tramp administrasiyası gizli şəkildə qüdrətin ötürülməsini həyata keçirir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Amerikalı bir müxbir etibarlı bir mənbəyə istinadən Ağ Evin Milli Təhlükəsizlik müşavirinin gizli şəkildə hakimiyyətin növbəti ABŞ administrasiyasına verilməsi prosesini həyata keçirdiyini bildirdi.

Keçmiş Fox News müxbiri Ceymz Rozen cümə axşamı etibarlı bir mənbəyə istinadən, Ağ Evin Milli Təhlükəsizlik müşaviri Robert O’Brienin gizli şəkildə hakimiyyətin növbəti ABŞ rəhbərliyinə ötürülməsini həyata keçirdiyini deyib.

Ceymz Rozen: “Prezident Donald Tramp seçilmiş Prezident Co Baydenə məğlubiyyətini etiraf etməkdən imtina edərkən, etibarlı bir mənbə mənə Ağ Ev Milli Təhlükəsizlik Şurasının işçiləri, o cümlədən, Robert O’Brienin güc ötürülməsinin problemsiz bir şəkildə həyata keçirilməsini təmin etdiyini bildirdi.” –deyə məlumat verib.

O, Robert O’Brienin NBC News-a verdiyi müsahibədə dediyi “Görünən budur ki, Bayden Prezident seçkilərində qalib gəldi.” cümləsini sitat gətirdi.

Həmçinin, Baydenin ABŞ seçkilərində qalib gələcəyi təqdirdə hakimiyyət transferinin çox peşəkar şəkildə olacağını söylədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 2 =