Tramp administrasiyası Həmasla gizli əlaqə saxlayır

Tramp administrasiyası Həmasla gizli əlaqə saxlayır

 Amerikalı məhbuslarla bağlı ABŞ rəsmiləri ilə HƏMAS-ın gizli təmaslarının üzə çıxdığı bir vaxtda İbrani mediası bu xəbərin doğru olduğu təqdirdə Netanyahuya bir sillə olacağını yazıb.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən,   sionist Walla saytı ABŞ-ın HƏMAS-la hərəkatın saxladığı amerikalı məhbuslarla bağlı gizli danışıqlar apardığını bildirib.

Bu xəbəri israilli jurnalist Barak Ravid də məlumatlı mənbələrə istinadən yayaraq elan edib ki, Tramp administrasiyasının rəsmiləri bu məsələ ilə bağlı HƏMAS-ın yüksək səviyyəli rəsmiləri ilə gizli görüş keçiriblər.

İsrailli məlumatlı bir mənbə də İsrailin “İsrael Hayom” qəzetinə bildirib ki, rejim ABŞ hökumətinin HƏMAS ilə təmaslarından çox narahatdır.

6 həftə davam edən atəşkəsin birinci mərhələsinin həyata keçirilməsi prosesində İsrail rejiminin təxribatı əsirlərin azad edilməsi və mübadiləsinin gecikməsinə səbəb olmuş və Netanyahu razılaşmanı pozmaq məqsədi ilə danışıqların ikinci mərhələsinə başlamaq üçün öz nümayəndə heyətlərini Doha və Qahirəyə heç göndərməmiş, ya da böyük gecikmə ilə göndərmişdir.

Trampın HƏMAS rəsmiləri ilə təmasda olması xəbəri göstərir ki, ABŞ hökuməti Trampın maneəçiliyindən narahatdır və bir neçə ikili milli Amerika vətəndaşının azadlığa buraxılacağına ümid etmir və bu səbəbdən də onların birbaşa müdaxiləsində və bu məsələdə Netanyahudan yan keçməkdə həll yolunu seçiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 8 =