Tramp administrasiyasında federal səviyyədə altıncı ölüm hökmünün icrası
![Tramp administrasiyasında federal səviyyədə altıncı ölüm hökmünün icrası](https://sizinyol.org/wp-content/uploads/2020/09/4-10.jpg)
Sizinyol xarici mediaya istinadən xəbər verir:
ABŞ hökuməti çərşənbə axşamı günü qətl hadisəsinə məhkum edilmiş Viliam Lecuriyə zəhərli maddə vuraraq edam hökmünü icra etdi.
ABŞ hökuməti çərşənbə axşamı günü qətl törətdiyinə görə ölüm cəzasına məhkum edilmiş Viliam Lekurinin ölüm hökmünü ona zəhərli bir maddə vuraraq icra etdi. Bu, Donald Tramp administrasiyasında federal səviyyədə uzun bir fasilədən sonra bərpa edilən altıncı ölüm hökmü idi.
Routers-in məlumatına görə, 50 yaşlı Lekuri öldürücü zəhər vurulduqdan sonra, İndiana ştatında səhər saat 9-da edam edildi.
Routers yazdı: “Bu, Trampın vəzifəyə gəlməsindən əvvəl 1963-cü ildən bəri bütün ABŞ Prezidentləri tərəfindən həyata keçirilən ümumi edam sayından çoxdur və altı ayda altıncı ölüm hökmüdür.”
Digər bir edamın cümə axşamı günü planlaşdırıldığı bildirilir. Kristofer Vialvanın Tramp dövründə federal ölüm hökmü ilə üzləşən ilk qaradərili olduğu bildirilir.