Tramp: Bayden ağlını itirib

Tramp: Bayden ağlını itirib

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp çərşənbə günü prezidentliyinin bitməsindən və Vaşinqton DC-dən ayrıldıqdan sonra ilk dəfə Fox New, Newsmax və OAN telekanallarına müsahibə verib.

Tramp Newsmax-a verdiyi müsahibədə saysız-hesabsız pərəstişkarının olduğunu iddia edərək 2024-cü ildə keçiriləcək ABŞ-ın prezident seçkilərində iştirak etmək ehtimalını da elan edib.

O, həmçinin Newsmax-a verdiyi bu müsahibədə prezident Baydenin peyvənd barəsindəki qalmaqallı açıqlamasına da reaksiya verib: “Biz milyonlarla doza peyvənd vurmuşuq. Bu görə də yəqin ki, o, ya həqiqəti demir və ya ağlını itirib. Bu ikisindən biridir “

Bundan öncə Bayden CNN-ə verdiyi müsahibədə Covid-19  ilə əlaqəli bir suala cavab olaraq, “Peyvəndə sahib olmaq mühüm məsələdir, lakin mən (prezident olaraq) iş başına gəldiyim zaman peyvənd mövcud deyildi”, deyə açıqlama verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 11 =