Tramp: Bayden seçkidə qalib gəlsə, Çin ABŞ-ın sahibinə çevriləcək
Sizinyol xarici mediaya istinadən xəbər verir:
ABŞ prezidenti Çərşənbə günü səhər bir Twitter mesajında Demokrat rəqibinin 3 Noyabr seçkilərində qalib gələcəyi təqdirdə, Çinin ABŞ-ın sahibi olacağını iddia etdi.
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü səhər bir Twitter mesajında Demokrat rəqibi Co Baydeni hədəf aldı.
Twitter-də “Co Bayden korrupsiyalaşmış bir siyasətçidir. Ailəsi Çin Kommunist Partiyasından milyonlarla dollar toplayarkən, işlərinizi Çinə göndərmək istəyir. Bayden qalib gəlsə, Çin ABŞ-a sahib çıxacaq.” – deyə Tramp xəbərdar etdi.
Twit-in davamında yazdı: “Biz qalib gəldikdə, siz qazanırsınız və Amerika qazanır. Ona görə də, mənə səs verin.”