Tramp Baydeni bütün vaxtını çimərlikdə keçirdiyinə görə tənqid edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı prezident Co Baydeni çimərlikdə çox vaxt keçirdiyinə görə tənqid edib.
Tramp bunu seçkiqabağı debatlar zamanı deyib.
“Bilirsiniz, bu mənə onların tələbə kreditlərinin verilməsini dayandıracaqlarına söz verdiklərini xatırladır, və bu tam bir fəlakətlə nəticələnmişdi. Və sonra onun müdiri, əgər ona belə adlandırmaq olarsa, bütün vaxtını çimərlikdə keçirir”, – Tramp vurğulayıb.