Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi

Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp yeni seçilən Prezident Cozef Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk edib və Florida ştatına yollanıb.

Trend-in məlumatına görə, respublikaçı Donald Tramp Endryus hərbi bazasında vida nitqi ilə çıxış edib. Yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 18:00) D.Tramp hərbi bazanı tərk edib.

Qeyd edək ki, ötən il noyabr ayının 3-ü ABŞ-da prezident seçkiləri keçirilib. Dekabrın 14-ü seçicilər kollegiyası səsvermənin nəticələrini təsdiq edib və ölkənin yeni prezidenti demokrat Cozef Bayden seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =