Tramp Baydenin Ukrayna və İsrailə yanaşmalarını açıqlayıb

Tramp Baydenin Ukrayna və İsrailə yanaşmalarını açıqlayıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp öz xələfi Co Baydenin İsraildəki eskalasiyaya və Ukrayna ətrafındakı böhrana yanaşmalarını “müharibəni dəlicəsinə alovlandıran” adlandırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Trampın sözlərinə görə, Bayden amerikalılarla deyib ki, əgər onlar İsraili dəstəkləmək istəyirlərsə, “Ukraynadakı proksi müharibəsi üçün qeyri-məhdud qəbz verməlidirlər”.

Eyni zamanda keçmiş Amerika lideri Baydenin çıxışını “İsrailə xəyanət” adlandırıb.

Bundan əlavə, o qeyd edib ki, ABŞ-nin hazırkı prezidenti ölkəni sona sürükləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + seven =