Tramp Baydenlə “oturaq” müzakirə aparmaqdan imtina edir

Tramp Baydenlə “oturaq” müzakirə aparmaqdan imtina edir

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydenlə “oturaq” müzakirə aparmaqdan imtina etdiyini bildirib.

“Bu gün dedilər ki, masalar qoymaq istəyirik ki, siz əyləşəsiniz. Mən dedim ki, biz müzakirədə ayaq üstə dayanacağıq”.

Bundan əvvəl Tramp Baydeni Ağ Evdə debat keçirməyə dəvət edib.

“İstənilən vaxt, istənilən yerdə. Gəl, Co, gəl müzakirə edək!” – deyə o bildirib.

Cavab olaraq Bayden bu görüşü təşkil etməyi xahiş edib.

Qeyd edək ki, mayın 9-da ABŞ lideri Trampı ölkədə demokratiya üçün ən böyük təhlükə adlandırıb. O, həmçinin əlavə edib ki, heç vaxt ABŞ-nin gələcəyi ilə bağlı indiki qədər optimist olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 6 =