Tramp: Bir sıra ölkələr “İbrahim müqavilələri”nə qoşulmaq istəyir

Tramp: Bir sıra ölkələr “İbrahim müqavilələri”nə qoşulmaq istəyir

ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrin “İbrahim müqavilələri”nə qoşulmaq istədiyini açıqlayıb.

APA-nın məlumatına görə, “FOX News” telekanalına müsahibəsində bu barədə danışan Ağ Ev rəhbəri artıq həmin ölkələrin bu sənədi imzalaması üçün maneə qalmayıb:

“Bu yolda əsas problem İran idi. Hesab edirəm ki, artıq sənədə qoşulmaq istəyənlərin müraciətinə müsbət cavab verəcəyik”.

Qeyd edək ki, “İbrahim müqavilələri”ni 13 avqust 2020-ci ildə İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ imzalayıb.

Sənəd 1978-ci il Misir Sülh razılaşması və 1994-cü il İordaniya Sülhündən sonra ilk dəfə bir ərəb dövləti ilə İsrail arasında normal münasibətlərin yaradılmasını nəzərdə tutur.

Müqaviləyə 2020-ci il, sentyabrın 15-də Ağ Evdə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl Zayani və BƏƏ xarici işlər naziri Abdulla bin Zayed Əl Nəhyan və İsrailin baş naziri Benyamin Netanyahu arasında imza atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 3 =