Tramp cinsi istismara görə tezliklə mühakimə oluna bilər

Tramp cinsi istismara görə tezliklə mühakimə oluna bilər

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Trampı təcavüzdə günahlandıran yazıçı və jurnalist Elizabet Cin Karol, vəkillərinin Donald Trampı cinsi istismara görə mühakimə etmək səylərinin bu il öz nəticəsini verəcəyinə ümid etdiyini söyləyib.

O, bu iddianı 2019-cu ilin noyabrında ABŞ-ın sabiq prezidentinin 1990-cı illərin ortalarında Manhetten şəhərindəki bir mağazada ona qarşı etdiyi cinsi təcavüzü təkzib etməsindən sonra qaldırmışdır. Tramp Karolu heç tanımadığını iddia edərək, onu kitabının satışını artırmaq üçün yalan danışmaqda günahlandırıb.

Cin Karol “Reuters”-ə verdiyi açıqlamada, “Onunla qarşılaşacağım ana ümid edirəm. Bunu hər gün düşünürəm”, deyə bildirib.

“Reuters” bildirib ki, Trampın artıq hakimiyyətdə olmaması bu kimi şikayətlərin daha tez baxılmasına səbəb ola bilər. Bundan əvvəl Trampın vəkilləri Ağ Evdə olduğu müddətdə prezidentin gərgin iş rejiminin onun mülki şikayətlərə cavab verməsini mümkünsüz etdiyini əsas gətirərək işi təxirə salmışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =