Tramp Danimarkanın baş nazirinə zəng edərək Qrenlandiyanı tələb edib

Tramp Danimarkanın baş nazirinə zəng edərək Qrenlandiyanı tələb edib

ABŞ prezidenti Donald Tramp Danimarkanın baş naziri Mette Frederiksenə zəng edərək ondan Qrenlandiyanı təhvil verməsini tələb edib.

APA xəbər verir ki, bu barədə “Financial Times” Avropa hökumətlərinin beş keçmiş və indiki yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrlə söhbətində mənbələr Trampın Frederiksenlə söhbətinin son dərəcə pis keçdiyini açıqlayıb.

ABŞ liderinin aqressiv olduğu, onun Danimarkadan gələn heç bir əməkdaşlıq təklifini qəbul etmədiyi, yalnız ərazilərin ABŞ-a verilməsi ilə maraqlandığı vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =