Tramp Epşteyni SPA klublardan qadınları “oğurlamaqda” ittiham edib

Tramp Epşteyni SPA klublardan qadınları “oğurlamaqda” ittiham edib

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, azyaşlılara təcavüzdə ittiham olunan maliyyəçi Cefri Epşteyn onilliklər əvvəl onun Florida ştatındakı SPA klublarında işləyən qadınları “oğurlayaraq” onları öz məqsədləri üçün istifadə edib.

Oxu.Az xəbər verir ki, D.Trampın açıqlamasını “Politico” nəşri dərc edib.

D.Tramp vurğulayıb ki, bu hadisədən sonra C. Epşteynlə münasibətləri korlanıb.

“Bunu biləndən sonra ona dedim: Biz istəmirik ki, sən bizim adamları – fərqi yoxdur bu, SPA klub olsun, istərsə də başqa məkan – aparıb öz işlərinə cəlb edəsən. Lakin tezliklə o bunu yenidən etdi və ondan rədd olmasını istədim”, – deyə D.Tramp qeyd edib.

Qeyd edək ki, Cefri Epşteyn milyarder maliyyəçi olub. 2008-ci ildə o, azyaşlı qızları fahişəliyə cəlb etməkdə günahını etiraf edib və təqsirli bilinib. 2019-cu ildə isə yenidən həbs olunub və yeniyetmə qızları fahişəliyə cəlb etməkdə ittiham olunub. Bir neçə həftə sonra Epşteyn həbsxana kamerasında ölü tapılıb. Tibbi ekspertiza 66 yaşlı milyarderin ölümünü intihar kimi qiymətləndirib. ABŞ mətbuatı mütəmadi olaraq Donald Trampın adını Cefri Epşteynlə sıx əlaqələndirir və prezidentin onunla bəzi cinayətlərdə ortaq olduğunu iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 5 =