Tramp: Ermənilərə kömək etməyə hazırlaşırıq

Tramp: Ermənilərə kömək etməyə hazırlaşırıq

Az.shafaqna.com “Bloomberg”-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cümə günü bəyan edib ki, administrasiyası Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla işləyir.

Biz Ermənistanla işləyirik. Bizim Ermənistanla yaxşı əlaqələrimiz var. Onlar (ermənilər) çox yaxşı insanlardır, onlar öz işlərinə sadiqdirlər, onlar inanılmaz insanlardır. Baxaq və nə baş verəcəyini görək”, – deyə Tramp bildirib.

Azərbaycan və Ermənistan başçıları ilə danışıb-danışmaması barədə suala cavab verməkdən isə Ağ Ev başçısı imtina edib.

Ölkəmizdə çoxlu ermənilər, Ermənistandan olan insanlar yaşayırlar və onlar çox yaxşıdırlar. Biz onlara kömək etməyə hazırlaşırıq”, – deyə o, əlavə edib.

Qeyd edilir ki, Tramp öz çıxışında Azərbaycanı anmayıb.

Xatırladaq ki, ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür. Azərbaycanın haqq işi ilə bağlı onillərdir aparılan bu danışıqlar heç bir nəticə verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =