Tramp Fələstini tanımağa hazırlaşır?

Tramp Fələstini tanımağa hazırlaşır?

ABŞ-ın Orta Şərq üzrə ixtisaslaşan “The Media Line” nəşri ABŞ Prezidenti Donald Trampın Fələstini dövlət kimi tanımağa hazırlaşdığını yazıb. 

Nəşr bunu adını çəkmədiyi, İran körfəzi ölkəsindən olduğunu dediyi bir diplomata əsasən iddia edib. 

Mənbə bildirib ki, Tramp ABŞ-ın “Fələstin dövlətini tanıması və HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılması ilə” bağlı bəyanat verəcək. 

Tramp 13-16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcək.

Onun bu ölkələrin liderləri ilə iqtisadi anlaşmalar imzalaması gözlənilir. 

O, mayın 8-də Ağ Evdə jurnalistlərə deyib ki, bu yaxınlarda “çox böyük bir bəyanat” verəcək, amma detallarını açıqlamayıb. 

Amerikalı müşahidəçilər bildirir ki, son vaxtlar Trampla İsrailin Baş naziri Benyamin Netanyahunun arası pozulub. 

Buna səbəb Netanyahunun israrlarına baxmayaraq, Trampın İranla müharibəyə getməməsi və diplomatik yolu seçməsi olub. Həmçinin, Trampın husilərlə atəşkəsə getməsi də İsrail hökumətinin təəccübünə səbəb olub. 

İngiltərənin Orta Şərq üzrə ixtisaslaşmış “Middle East Eye” portalı isə yazıb ki, Tramp Orta Şərqə səfəri öncəsi İsraili HƏMAS-la atəşkəs bağlamağa məcbur edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 4 =