Tramp futbolun adını dəyişə bilər

Tramp futbolun adını dəyişə bilər

ABŞ prezidenti Donald Tramp ölkədə futbolu ifadə etmək üçün istifadə olunan sözü dəyişdirmək haqqında fərman imzalaya bilər.

“Report”un məlumatına görə, o, bu barədə DAZN telekanalına müsahibəsində bildirib.

Əksər ingilisdilli ölkələrdə futbol “football” sözü ilə ifadə olunur. ABŞ-da isə bu idman növünün ingilis dilində rəsmi adı “soccer”dir.

“Düşünürəm ki, biz bunu edə bilərik”, – deyə Tramp idman növünün adının dəyişdirilməsi ilə bağlı fərman imzalanması imkanı barədə suala cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =